Nazir müavini: Ekoloji şüur və mədəniyyətin formalaşdırılması bütün təhsil pillələrində prioritet olmalıdır
"Ekoloji şüur və mədəniyyətin formalaşdırılması bütün təhsil pillələrində prioritet olmalıdır".
 
 "Azərbaycan müəllimi" xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
 
O bildirib ki, ekoloji mədəniyyəti və onun dünyagörüşünü formalaşdırmaq üçün bütün təhsil pillə və səviyyələrində, xüsusilə də məktəbəqədər təhsildə ciddi addımlar atılmalıdır. 
 
F.Qurbanov qeyd edib ki, bu prosesdə ali təhsilin də burada rolu böyükdür:
 
"Burada ənənəvi texnologiyalarla yanaşı, müasir texnologiyaların imkanlarından da istifadə zəruridir. Buna görə də ali təhsildə ekoloji təhsilin trayektoriyasına yenidən baxılmalıdır. Burada 3 istiqamətin - təhsil, elm və mədəniyyət. Onların ali təhsildə ekoloji təhsilin trayektoriyasına necə inteqrasiya etmək lazımdır? Bu barədə düşünülməlidir. 
 
Bu ali təhsil müəssisələrinin əsas vəzifəsidir", - deyə nazir müavini vurğulayıb.
 
Vaqif FƏTULLAYEV


03.10.2024 | 11:54