Bakıda məktəbin təxliyə edilməsi ilə bağlı açıqlama verilib
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılması məsələsinə aydınlıq gətirilib.
 
Məktəbdən "Azərbaycan müəllimi"nə məlumat verilib ki, bu gün təxminən saat 14:45-də məktəbdə dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub. 
 
Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.
 
Qeyd edək ki, məlumatı öncə Bakupost.Az saytı yayıb.
 
 
 


02.10.2024 | 17:36