Adil Kərimli: Kitab sərgisində təmsil olunan təhsil müəssisələri və akademik təsisatların sayı artıb | |
“Sevindirici haldır ki, artıq təhsil müəssisələrinin, eyni zamanda akademik təsisatların nəşriyyatları da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Son dönəmlərdə xüsusilə də son iki il ərzində elmi ədəbiyyatın inkişafına və onun təşviqinə çox üstünlük verilir”.
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən kitab sifarişləri istiqamətində də işlər həyata keçirilir.
"Bu sənayeyə dəstək verilmək üçün müxtəif nəşriyyatlardan kitablar alırıq. 2023-cü ildən başlayaraq kitab alışı istiqamətində daha çox elmi və kütləvi elmi mövzulara üstünlük verilir. Bu il iştirakçıların sayı baxımından məhz elmi təsisatların, nəşriyyatların sayının artması da təsadüfi deyil. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan təhsil müəssisələri və akademik təsisatların sayı artıb. Bu bizi sevindir”.
|
|
02.10.2024 | 14:49 | |
|
|
|