Marketinq üzrə aparıcı mütəxəssis vakansiyası elan edilir
Təhsil TV üçün marketinq üzrə aparıcı mütəxəssis vakansiyası elan olunur.
 
İşin təsviri:
Namizəddən təhsil sahəsində fəaliyyət göstərən media qurumunun marketinq üzrə fəaliyyət planlarının, hədəf auditoriyaya uyğun PR kampaniyalarının hazırlanması, tərəfdaşlarla ünsiyyət, marketinq məqsədləri istiqamətində regional və beynəlxalq əlaqələrin qurulmasını təmin edə biləcək təcrübə, bilik və bacarıq tələb olunur.
 
Əsas öhdəliklər:
Təhsil sahəsində fəaliyyət göstərən media qurumunun marketinq strategiyalarını hazırlamaq və icra etmək;
Aidiyyəti sahədə tərəfdaşlarla əməkdaşlığın qurulması və PR kampaniyaların hazırlanmasına dair təkliflər vermək;
Təhsil sahəsində fəaliyyət göstərən mətbu orqanların məhsullarına dair brendləşdirmə yanaşmasını tətbiq etmək;
Hədəf auditoriyanı müəyyən etmək və aidiyyəti sahə üzrə mesajların çatdırlmasını təmin etmək;
İllik və aylıq fəaliyyət planlarını hazırlamaq;
Reklam agentlikləri və media qurumları ilə koordinasiyanı təmin etmək;
Kopiraytinq, reklam və təqdimat mətnlərini yazmaq;
Marketinq planını hazırlamaq, həyata keçirmək və monitorinq etmək;
Regional və beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə dayanıqlı əməkdaşlıqlar qurmaq və fəaliyyətlər təşkil etmək;
Marketinq büdcəsini hazırlamaq, nəzərdə tutulan fəaliyyətləri icra etmək və hesabat vermək.
 
Namizədə dair tələblər:
Ali təhsil (Marketinq, Biznesin təşkili və idarə olunması, İctimaiyyətlə əlaqələr və ya əlaqədar sahədə ali təhsil);
Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı;
Peşəkar kommunikasiya və təqdimat bacarıqları;
Ofis proqramlarında və marketinq təhlili alətlərində sərbəst işləmə bacarığı;
Komanda ilə işləmə və təşkilatçılıq bacarığı;
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmaq;
Məsuliyyətli, işə qarşı həvəsli və diqqətli olmaq;
Kreativ yanaşma və analitik düşünmə bacarıqları;
PR və marketinq sahəsində peşəkar sertifikatlar arzuolunandır;
 
İş rejimi: I-V günlər 09:00 – 18:00, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
 
Əmək haqqı: Müsahibə əsasında
 
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 109
 
Müraciət üçün son tarix: 14 oktyabr 2024-cü il
 
Namizədlər CV və motivasiya məktubunu “Mövzu” hissəsində “Marketinq üzrə aparıcı mütəxəssis” career@media.edu.az e-mail ünvanına göndərməlidirlər.


02.10.2024 | 14:25