Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Riqa şəhərində olub | |
29 sentyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfəri baş tutub.
Agentlikdən "Azərbaycan müəllimi"nə bildiriliib ki, səfərin əsas məqsədi Latviyanın iş əsaslı təlim sahəsində ən yaxşı təcrübələri ilə tanış olmaq, bu sahədə uğurlu tətbiq metodologiyası ilə bağlı fikirlər əldə etmək və iş əsaslı təlim təşəbbüslərini inkişaf etdirmək üçün praktik strategiyaların müəyyənləşdirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın Elm və Təhsil Nazirliyi, Milli Təhsil Mərkəzi, Dövlət Keyfiyyət Təminatı Xidməti, Riqada yerləşən Dövlət Texniki Məktəbi, Media və İncəsənət Texniki Məktəbi və Oqre Texniki Məktəbini ziyarət ediblər. Görüşlər zamanı nümayəndələr iş əsaslı təlimin necə həyata keçirildiyi, tədris proqramına necə inteqrasiya olunduğu və tələbələrin müəssisələrlə əməkdaşlıq vasitəsilə praktik təcrübə əldə etmələri barədə məlumat əldə ediblər. Eyni zamanda, Latviyanın iş əsaslı təlim (WBL) ekosisteminin əsas elementləri və təcrübə proqramları ilə də tanış olublar.
|
|
02.10.2024 | 14:21 | |
|
|
|