Elm və Təhsil Nazirliyi vətəndaş müraciətlərinin statistikasını açıqlayıb | |
Sentyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 42 830 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, müraciətlərin 29 700-ü çağrı mərkəzləri, 682-si sosial media, 3 550-si "WhatsApp" vasitəsilə olduğu halda, 1 818-i elektron, 1 280-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 800 müraciət qeydə alınıb.
Müraciətlər şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu, təhsil haqqı və güzəştlər, xarici diplomların tanınması və digər məsələlərlə bağlı olub.
|
|
01.10.2024 | 17:14 | |
|
|
|