Agentlik Müəllimlər günü ilə bağlı məktəblərə təlimat göndərib
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən yerli təhsil idarəetmə bölmələri və tabeli müəssisələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. 
 
“Azərbaycan müəllimi”nə verilən məlumata görə, təlimatda göstərilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.


01.10.2024 | 12:00