Erol Özvar: Uğurlu tələbələrin seçimi Türkiyə-Azərbaycan Universiteti oldu | |
Azərbaycanda uğurlu tələbələr təhsil karyeralarında yeni fəaliyyətə başlayan Türkiyə- Azərbaycan Universitetinə maraq göstəriblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) 260-cı Universitetlərarası Şura Toplantısında çıxış edən Ali Təhsil Şurasının sədri Erol Özvar bildirib.
E.Özvar bu il ilk dəfə olaraq Orta Doğu Texnik Universiteti (ODTU) tərəfindən Kompüter mühəndisliyi, İstanbul Texnik Universiteti (İTÜ) tərəfindən Sənaye mühəndisliyi, Hacettepe Universiteti tərəfindən isə Qida mühəndisliyi proqramlarının açıldığını qeyd edib.
"Bu proqramlara uyğun gələn tələbələrin sayı 86 nəfər olub. Sevindirici haldır ki, onların arasında Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən yüksək bal toplayan uğurlu tələbələr də var ki, bu da Türkiyə-Azərbaycan Universitetinə artıq indidən ciddi dəstəyin olduğunu göstərir”.
Erol Özvar türk ali təhsilinin beynəlmiləlləşməsinə töhfə verəcək Türkiyə-Azərbaycan Universitet modelini müxtəlif coğrafiyalarda, xüsusilə də Türk Dünyası Ali Təhsil Məkanına daxil olan ölkələrdə tətbiq etməyi planlaşdırdıqlarını bildirib.
Oruc MUSTAFAYEV
|
|
01.10.2024 | 11:41 | |
|
|
|