“Bir Könüllü”nün ali riyaziyyat üzrə intellektual yarışı keçirilir
“Bir Könüllü” Tələbə Təşkilatının “Tələbə Riyaziyyatçılar” Klubunun təşkilatçılığı ilə Ali Riyaziyyat üzrə intellektual yarışı keçirilir.
 
Yarışda təhsil aldığı ixtisas sahəsindən asılı olmayaraq ali riyaziyyat ilə maraqlanan və bakalavr pilləsində təhsil alan hər bir tələbə 3 nəfərdən ibarət komanda tərtib etməklə iştirak haqqı qazanmaq üçün müraciət edə bilər. 
 
Tarix: 05.10.2024
Saat: 11:00
 
Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
 
İntellektual yarışın təşkili tələbələr arasında ali riyaziyyat sahəsinə marağın artırılması, intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.
 


01.10.2024 | 10:53