Göygöl məktəblisi dünya çempionu olub | |
Göygöl məktəblisi qızıl medal qazanıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Göygöl rayon 5 nömrəli tam orta məktəbin lll sinif şagirdi Ağamirzə Mahmudbəyli 21 sentyabr tarixində Avstriyanın Veyz şəhərində keçirilən savat idman növü üzrə Dünya Kubokunda 30 kq çəki dərəcəsində qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, savat idman növü üzrə Azərbaycan millisi Avstriyanın Veyz şəhərində keçirilən klublararası Dünya Kubokunda 7 (5 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanıb.
|
|
01.10.2024 | 10:33 | |
|
|
|