LDU-da COP29-la bağlı növbəti tədbir iqlim dəyişikliklərinə həsr olunub | |
Lənkəran Dövlət Universitetində (LDU) və Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə “COP29: İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda "dəyirmi masa" təşkil edilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev açaraq tədbirin mahiyyəti, müzakirə olunacaq məsələlər, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. barədə danışıb.
Dəyirmi masada Rus iqtisad məktəbinin direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov “COP29: İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda geniş məruzə edib.
Tədbirdə Lənkəran Dövlət Universitetindən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, dos Sənan Əzizov, kafedranın baş müəllimi Cavidan Əliyev, Biologiya və ekologiya kafedrasının dosenti Qorxmaz Ağayev, Rus iqtisad məktəbinin direktor müavini dos. Leyla Hacıyeva, “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Sevinc Abbasova, kafedranın baş müəllimi Tahirə Kərimova və başqaları mövzu ətrafında məruzələr ediblər. Məruzələr ətrafında geniş diskussiya keçirilib, təklif və rəylər səsləndirilib, suallar cavablandırılıb.
|
|
30.09.2024 | 14:44 | |
|
|
|