“Vikipediya”nın Azərbaycan dili bölməsi daha iki pillə irəlilədi: 46-dan 48-ə yüksəlib
Azərbaycan “Vikipediya” icmasının səmərəli və uğurlu fəaliyyəti nəticəsində  “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət göstəricisi) 46-dan 48-ə yüksəlib. Son bir ildə 9 pillə dərinlik artıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
 
 
Dərinlik göstəricisinin artması onu təsdiqləyir ki, “Vikipediya”da məqalə yaradanların sayı artıb və xüsusilə keyfiyyətli, məzmunlu məqalələrin yaradılmasına daha çox üstünlük verilir.
 
Bu, həm də müxtəlif mövzular ətrafında məqalələrin yaradıldığını göstərir. Redaktəyə ehtiyacı olan məqalələr zənginləşdirilir və oxucuların istifadəsinə təqdim edilir.
 
Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının könüllü “Vikipediya” qrupları məqalələrin zənginləşdirilməsində öz səmərəli fəaliyyətlərini davam etdirirlər.


30.09.2024 | 10:57