Azərbaycan nümayəndə heyəti Helsinkidə müəllimlərin peşəkar inkişafı ilə bağlı tədbirdə iştirak edib

Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasından nümayəndə heyəti 17-20 sentyabr tarixlərində Helsinki şəhərində “Teaching Excellence-Empowering Educators” adlı tədbirdə iştirak edib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Finlandiya Təhsil və Mədəniyyət, Estoniya Təhsil və Tədqiqat nazirlikləri və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub. 

 

Tədbirin məqsədi Finlandiya və Estoniyada müəllimlərin peşəkar inkişaf sahəsindəki təcrübələrini, müəllim peşəsinin nüfuzu və bu sahədə davam edən islahat təşəbbüslərini Şərq Tərəfdaşlığı ölkələri ilə bölüşmək olub.  

 

Dörd günlük səfər müddətində təhsil müəssisələrinə səfərlər edilib (ümumi təhsil, peşə təhsili və ali təhsil müəssisələri),  təhsil sahəsi üzrə rəsmi nümayəndələrlə görüşlər keçirilib, müəllim peşəsininin cəlbediciliyinin artırılması və müəllimlərin peşəkar inkişafı ilə bağlı intensiv müzakirələr aparılıb.



27.09.2024 | 20:31