Koreya Respublikası təqaüd proqramı elan edir | |
Koreya Respublikası 2025–2026-cı tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Proqramda iştirak üçün sənədlər 4 oktyabr 2024-cü il tarixinədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır.
Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.
|
|
27.09.2024 | 17:42 | |
|
|
|