BDU-nun gənc tədqiqatçıları Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin Konqresində iştirak edirlər | |
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı, elmi işçiləri Orxan Güləhmədov və Aynurə Kərimova Şimali Makedoniyanın Ohrid şəhərində Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin 27-ci Konqresində iştirak edirlər.
Bu barədə "Azərbaycan müəllimi"nə BDU-dan məlumat verilib. Universitetin əməkdaşları konqresdə məruzələrlə çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Multidisiplinar xarakterli konqres 22 ölkədən alim, tədqiqatçı, akademik və sənaye mütəxəssislərinin iştirakı ilə ən son elmi nailiyyətləri müzakirə, müasir cəmiyyətin çağırışlarına cavab verən elmi və texnoloji həllərin inkişafını təşviq etmək məqsədi daşıyır.
BDU əməkdaşları konqresin təşkilatçısı, professor Jadranka Blazhevska Gilev və dəvət olunmuş spiker, professor Stefano Bellucci ilə görüşüb, əməkdaşlıqla bağlı müzakirə aparıblar.
|
|
27.09.2024 | 16:51 | |
|
|
|