ADU-nun tələbələri “Ən yaxşı layihə” nominasiyasına layiq görülüb
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyev və tələbə Məryəm Şahəlizadənin birgə komanda işi 14 ölkə, 33 universitet və 300 tələbə arasından IV Beynəlxalq Müsabiqəsində  “Ən yaxşı layihə” nominasiyasına layiq görülüb.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, ADU-nun tələbələri Müstəqil Dövlətlər Birliyinin ideoloji terrorizmə qarşı mübarizə üzrə "TƏLƏBƏ QALXANI - 2024" mövzusu ilə iştirak ediblər.
 
Sözügedən müsabiqə Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorla Mübarizə Mərkəzi və Moskva Dövlət Linqvistika Universitetinin təşkilatçılığı ilə MDB və yaxın şərq ölkələrinin ali məktəb tələbələri arasında keçirilib.
 
Beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, Çin, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Vyetnam, Fələstin və s. ölkələrdən tələbələr  iştirak ediblər.
 
Bu münasibətlə ADU-nun rektoru akademik Kamal Abdulla qalibləri təltif edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 


27.09.2024 | 11:13