SDU-da “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib
Sumqayıt Dövlət Universitetində (SDU) Sabah.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ilk modulda “Sahibkarlığa Giriş və İdeyaların Yaradılması” mövzusu ilə “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçi və Təlim koordinatoru Emin Okutan çıxış edib.
 
Qeyd edək ki, “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı Sumqayıt Dövlət Universitetinin II və III kurs tələbələri üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi tələbələrdə innovativ düşüncə, startap, dizayn, sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları inkişaf etdirməkdir.


24.09.2024 | 16:01