Botanika İnstitutunun iştirakı ilə beynəlxalq layihə üzrə ilkin məsləhətləşmələr aparılıb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri Dilzarə Ağayeva İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun Meşə sağlamlığı və biotik qarşılıqlı əlaqələr şöbəsinin müdiri Simone Prospero və elmi işçisi Karolina Korneconun rəhbərliyi ilə İsveçrə Elm Fondunun maliyyələşdirdiyi layihə üzrə Sürixdə ilkin görüş keçirib.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, görüş zamanı layihənin icrası üzrə səmərəli məsləhətləşmələr aparılıb, görüləcək işlər müzakirə olunub. Səfər çərçivəsində fəlsəfə doktoru proqramı üzrə I kurs doktorantı Xədicə Apbayeva layihənin ilkin mərhələsində görüləcək işlər üzrə ikihəftəlik təlimdə iştirak edib.


24.09.2024 | 15:41