“QS” Reytinq Agentliyi BDU əməkdaşları üçün təlim keçirib | |
Nüfuzlu “QS Quacquarelli Symonds” Reytinq Agentliyi tərəfindən Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün təlim təşkil edilib.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edib. O, BDU-nun “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşdığını və ölkədə lider mövqeyinə yüksəldiyini, eləcə də “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 78 pillə irəliləməklə 336-cı mövqeyə yüksələrək, böyük uğura imza atdığını vurğulayıb.
Təlimdə QS Reytinq Agentliyinin nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və BDU-nun QS reytinqlərində performansına dair geniş məlumat verilib. Eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra yerli və xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib.
Daha sonra Agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
|
24.09.2024 | 11:08 | |
|
|
|