Azİİ e-Kitab Evi “EBSCO Discovery Service”ə giriş imkanı əldə edib
ADNSU Azİİ e-Kitab Evi EIFL.net (Electronic Information for Libraries) Beynəlxalq Konsorsiumuna üzv olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) koordinatorluğu ilə “EBSCO Discovery Service” - inteqrasiya olunmuş axtarış sisteminə əlyetərlik əldə edib. Sistemdən Azİİ e-Kitab Evinin professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları BDU-da fəaliyyət göstərən Az.KİK-ə üzv olan Respublikanın 12 Ali təhsil müəssisəsinin üzvü kimi istifadə edə biləcəklər.
 
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, “EBSCO Discovery Service” - xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. 3.7 milyarddan çox biblioqrafik qeydi özündə cəmləşdirən ən geniş qlobal indeksə malik sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da alimlər, müəllimlər və tələbələr dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edirlər. 
 
Sistem “vahid axtarış pəncərəsi” rejimində işləyir, oxucular sistemə http://elibrary.bsu.edu.az/?link=ebscosearch linki vasitəsilə daxil ola biləcəklər.
 
Bu axtarış pəncərəsi vasitəsilə həm EBSCO resurslarına, həm də dünyanın açıq giriş (Open Access) rejimində fəaliyyət göstərən elmi resurslarına çıxış imkanı verilir, resurslar sərbəst yüklənir. Bunun üçün universitetin istifadəçi adı və şifrəsi daxil edilməlidir. 
 
İstifadəçi adı:          asoiu
 
Şifrəsi:                     Research123!
 


24.09.2024 | 10:12