UFAZ tələbələri Şahdağ Milli Parkında beş günlük sahə tədqiqatında iştirak ediblər
UFAZ tələbələri Şahdağ Milli Parkında yerləşən Girdiman Çayı Vadisi və Xanəgah zonasında beş günlük sahə təcrübəsində iştirak ediblər.
 
UFAZ-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, təcrübə UNISTRA-nın dosenti Guilerme Bozetti və doktorantı Zaur Bayramovun rəhbərliyi altında keçirilib.
 
Sahə təcrübəsi zamanı tələbələr dərin dəniz mühitinə xas olan turbidit sistemlərinin təsvir edilməsinə yönəlmiş praktik sessiyalarda iştirak ediblər. Professor Bozettinin rəhbərliyi altında onlar çökmə mühitini müəyyən etmək üçün süxur nümunələrini dənə ölçüsü, mineral tərkibi, kompozisiyası və çökmə xüsusiyyətləri əsasında təhlil ediblər.
 
Bundan əlavə, doktorant Zaur Bayramov Azərbaycanın müxtəlif hövzələrinin formalaşmasına Qafqazın Böyük Geodinamik Təkamülünün təsiri və onun geoloji tarixi haqqında geniş müzakirələr aparıb.


24.09.2024 | 10:00