ADU-nun 7 tələbəsi xaricdə təqaüdlə təhsil alacaq
2024-2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 tələbə Küveyt Universitetində təqaüdlə təhsil alacaq. Onlardan 3 nəfəri Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsidir.
 
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tələbələr Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək və beynəlxalq sertifikat qazanmaq imkanı əldə ediblər. Onlar - Aytac Xanaliyeva Tərcümə fakültəsinin, Aysu Cəlilova və Rəvan Abbasov Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbəsidir.
 
Qeyd edək ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanır.
 


23.09.2024 | 16:00