Qazax-Tovuz üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrindəki peşə təmayüllü siniflərin sayı açıqlanıb
2024-2025 təhsil ili üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindəki peşə təmayüllü siniflərin sayı açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qeyd olunan məlumatı Qazax-Tovuz Regional Təhsil İdarəsi bildirib.
 
Yeni tədris ilindən 13 məktəbdə 24 peşə təmayüllü sinif təşkil olunub. Bu siniflərdə ümumillikdə, 392 şagird təhsil alır.
 
10 və 11-ci sinifləri əhatə edən layihədə şagirdlərə ümumi təhsil fənləri ilə yanaşı, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm praktiki dərslər tədris olunur. 
 
Məlumat üçün bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə bir STEAM Mərkəzi var. STEAM - 1 Mərkəzi Bozalqanlı kənd tam orta məktəbində yerləşir. Həmçinin 15 məktəbdə STEAM tədris edilir.
 
Aişə MƏMMƏDOVA,
Qazax-Tovuz regionu üzrə təmsilçi


23.09.2024 | 12:18