SDU-da SASMO Olimpiadasının mükafatlandırma mərasimi keçirilib
Sentyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) “Singapore and Asian Schools Math Olympiad” (SASMO) Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Açılış nitqi ilə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov qonaqları salamlayaraq, olimpiadanın şagirdlərin riyaziyyat sahəsindəki bilik və bacarıqlarını artırmaqda oynadığı roldan danışıb. O, həmçinin SASMO-nun 2006-cı ildən etibarən Sinqapurun SIMCC şirkəti tərəfindən təşkil olunduğunu və bu olimpiadanın Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən biri kimi tanındığını qeyd edib.
 
Mərasimdə SASMO Azərbaycan şirkətinin icraçı direktoru Nurlan Hacıyev, məktəb direktorları, müəllimlər, valideynlər və məktəblilər də iştirak edirdilər. Olimpiadanın əhəmiyyəti və uğurları barədə çıxışlar edildikdən sonra mükafatlandırma mərasimi keçirilib. Yer tutan şagirdlər medal və sertifikatlarla təltif olunub. Tədbirin sonunda iştirakçılar üçün xatirə şəkilləri çəkildi və SASMO ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


23.09.2024 | 09:30