Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ADNSU ətraf mühitin mühafizəsi istiqamətində əməkdaşlıq edəcək | |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
ADNSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, memorandumun məqsədi iştirakçılar arasında “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və onun təsirlərinin azaldılması istiqamətləri üzrə əməkdaşlığın həyata keçirilməsidir.
Memorandumun fəaliyyət istiqamətlərinə ağacəkmə aksiyalarının keçirilməsi, “Yaşıl dünya səfirləri” proqramı çərçivəsində sənaye tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi, COP29 tədbiri çərçivəsində elmi-praktik konfranslara alimlərin cəlb edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin imkanlar daxilində birgə dəstəklənməsi daxildir.
Həmçinin əməkdaşlıq çərçivəsində görüləcək işlərə “Yaşıl dünya səfirləri” proqramının iştirakçısı olan tələbələr üçün seminar və treninqlərin, beynəlxalq yay məktəbinin keçirilməsi və digər bu kimi məsələlər daxildir.
|
|
22.09.2024 | 15:12 | |
|
|
|