LDU-da məşhur alman musiqiçiləri konsert proqramı ilə çıxış ediblər
Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında Azərbaycanın tanınmış bəstəkarı, violin ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun 75 illik yubileyinə həsr olunmuş görüş-konsert olub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, almaniyanın məşhur LES ESSENCES simli kvartetinin üzvləri universitetin professor-müəllim-tələbə heyəti qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
 
Qeyd edək kİ, kvartetdə Öndər Baloğlu, Adamek Bianka, Odysseas Lavaris, Diego Hernandez Suarez simli musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçaları ifa ediblər. Musiqiçilərin gözəl ifası, repertuar seçimi tamaşaçıların ürəyincə olub, gül-çiçəklərlə, alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov LES ESSENCES simli kvartetinin üzvlərini qəbul edib, maraqlı görüşə, gözəl ifaya görə minnətdarlıq bildirib, xatirə hədiyyəsi təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.


21.09.2024 | 21:17