AGMA “Ana dili" – Azərbaycan məktəbinə növbəti tədris ili üzrə şagird qəbulu elan edib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Ana dili" – Azərbaycan məktəbinə növbəti tədris ili üzrə şagird qəbulu elan edib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, “Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Layihədə dərslər ödənişsiz əsaslarla həftədə iki dəfə olmaqla təcrübəli mütəxəssislər tərəfindən keçirilir.

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/VqpmebKNWaF94on29

 

Qeydiyyat üçün son tarix: 29 sentyabr 2024-cü il. 

 

Elektron poçt: anadili@agma.az

Əlaqə: +994 51 226 71 21 (“WhatsApp”, “Telgram”).



21.09.2024 | 13:24