Finlandiyada məktəblilər kağız daşıyıcılara qayıdırlar | |
Bu payız Finlandiyanın Riyhimyaki şəhərinin şagirdləri, siniflərdə noutbuk və digər rəqəmsal cihazların istifadəsi üçün dövlət tərəfindən dəstəklənən on illik təbliğatdan sonra kitab dolu çantaları ilə məktəbə qayıdıblar.
"Azərbaycan müəllimi" Reuters-ə istinadən xəbər verir ki, Finlandiyanın xalq təhsili sistemi son onilliklərdə yaxşı təlim nəticələri və yeni tədris metodları ilə dünya şöhrəti qazanıb. Son vaxtlara qədər bir çox məktəb 11 yaşından başlayaraq bütün şagirdlərə pulsuz noutbuk verib. Bununla birlikdə, fin valideynlər və müəllimlər, hər yerdə olduğu kimi, telefon ekranlarının uşaqlara təsirindən getdikcə daha çox narahatlıq keçirir.
Qələm və kağıza qayıdış
Bu səbəbdən 30 min əhalisi olan, paytaxt Helsinkidən 70 km şimalda yerləşən Riyhimyaki, 2018-ci ildən bəri orta məktəblərin əksər dərsliklərdən istifadə etməyi dayandırdığı bir şəhər, bu tədris ilinin əvvəlində fərqli bir seçim edir: qələm və kağıza qayıdış.
“Bu günlərdə bizim gənclər telefonlardan və rəqəmsal cihazlardan o qədər fəal istifadə edirlər ki, məktəbin uşaqların yalnız ekranlara baxacağı yerlərdən biri olmasını istəmirik", - deyə Pohjolanrinne Liseyinin ingilis dili müəllimi Maya Kaunonen bildirib. Rəqəmsal cihazların istifadəsi ilə bağlı davamlı dərs yayınmaları bir çox uşaqda narahatçılıq vəziyyəti yaradır və diqqəti cəmləmək üçün onları çox dəyişkən edir.
Maya Kaunonen əlavə edib ki, şagirdlərin əksəriyyəti məşğələləri bacardıqları qədər tez yerinə yetirirlər ki, sonra oyunlara və sosial şəbəkələrdə ünsiyyətə keçsinlər: "Və brauzerdəki səhifələri dəyişdirmək üçün onlara çox vaxt lazım olmur. Beləliklə, müəllim onlara yaxınlaşanda, "Bəli, mən bu tapşırığı yerinə yetirirəm" - deyirlər”.
Son illərdə bütün Finlandiya üzrə uşaqların öyrənmə nəticələri getdikcə pisləşir və bu da hökuməti uşaqların ekranlar qarşısında keçirdikləri vaxtı azaltmaq üçün məktəb məşğələləri zamanı telefonlar kimi fərdi cihazların istifadəsini qadağan edən yeni qanunvericilik hazırlamağa sövq edir.
Diqqətin yaxşılaşdırılması
M.Kaunonenin şagirdlərindən biri, 14 yaşlı Elle Sokka, rəqəmsal olaraq öyrənərkən həmişə məktəb fənlərinə diqqət yetirmədiyini açıqlayıb: “Bəzən mən fərqli saytlara girirdim”. Səkkizinci sinif şagirdləri, 14 yaşlarında olan Miko Mantila və İnka Varro, dərsliklər onlara qaytarıldıqdan sonra diqqətlərinin yaxşılaşdığını söyləyiblə: "Məsələn, oxumaq çox asanlaşdı və mən kitablardan daha sürətli oxuya bilirəm", - deyən M.Mantila rəqəmsal cihazda yazmağın daha asan olduğunu sözlərinə əlavə edib. “Gecənin gec saatlarında ev tapşırığını etməlisinizsə, sadəcə cihaza baxmadığınız zaman yuxuya getməyiniz daha asan olacaq ", - deyə İ.Varro bildirir.
Klinik neyropsixoloq Minna Peltopuru ümumi ekran vaxtının minimuma endirilməli olduğunu söyləyib: "Hazırda fin yeniyetmələri ekrana gündə orta hesabla altı saata qədər baxırlar, çünki rəqəmsal texnologiyanın həddindən artıq istifadəsi həm fiziki, həm də görmə problemləri və artan narahatlıqla bağlı psixi riskləri əhatə edir. Başqa bir problem çox funksionallıqdır. Beyin çox sayda tapşırığa qarşı çox həssasdır və xüsusilə gənc yaşda insan bunu yaxşı idarə edə bilmir".
Beləliklə:
* Finlandiya məktəblərdə sürətli rəqəmsallaşmanı yenidən gözdən keçirir;
* Bəzi yeniyetmələr noutbuklara sərf etdikləri vaxtı azaltmaq üçün yenidən kitaba üz tuturlar;
* Finlandiya məktəblərdə fərdi telefonların istifadəsini qadağan edən qanun qəbul etməyi planlaşdırır.
Oruc MUSTAFAYEV
|
|
19.09.2024 | 12:29 | |
|
|
|