Gəncə-Daşkəsən üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin sayı açıqlanıb
2024/2025-ci tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin sayı açıqlanıb. 
 
Regional təhsil idarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumatına görə,18 məktəbdə yeni tədris ilində 32 sinif peşə yönümlü təşkil olunub. Bu siniflərdə ümumilikdə 512 şagird təhsil alır. 
 
10 və 11-ci sinifləri əhatə edən bu layihədə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Şagirdlərin səriştəliliyinin artırılması məqsədilə əsas səriştələr fənni və STEAM dərsləri də tədris edilir.
 
Türkan ABBASOVA


19.09.2024 | 09:34