Prezident Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilməsi ilə bağlı sərəncam imzalayıb | |
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
|
|
18.09.2024 | 13:13 | |
|
|
|