Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə elmi əlaqələri genişləndirir | |
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva, Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva, İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun icraçı direktoru Kristof Hegg və Meşə Sağlamlığı və Biotik Qarşılıqlı Əlaqələr şöbəsinin müdiri Simone Prospero tərəfindən iki elmi müəssisə arasında əməkdaşlığa dair saziş imzalanıb.
Botanika İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, saziş Dilzarə Ağayeva, Simone Prospero və elmi işçi Karolina Korneconnun İsveçrə Elm Fonduna birgə təqdim etdiyi layihənin maliyyələşdirilməsinə əsaslanır.
Üç il müddətində nəzərdə tutulan layihəyə əsasən tərəflər birgə elmi-tədqiqat işinin aparılmasını, müştərək ekspedisiyalar, qarşılıqlı səfərlər, konfranslarda iştirak və gənc mütəxəssislərin təlimlərdə iştirakını təşkil edəcəklər. |
|
17.09.2024 | 09:15 | |
|
|
|