Abşeron-Xızı üzrə 2024-2025-ci tədris ilində ümumtəhsil müəssisələrində təhsil alacaq şagirdlərin sayı açıqlanıb
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ilində ümumtəhsil müəssisələrində təhsil alacaq şagirdlərin sayı açıqlanıb.
 
İdarədən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq məlumat verilib ki, 2024-2025-ci tədris ilində Sumqayıt şəhəri üzrə I sinifdə 5 288, IX sinifdə 6 043, XI sinif üzrə isə 4 443 şagird təhsil alacaqdır.
 
Ümumilikdə cari tədris ilində l-XI siniflərdə Sumqayıt şəhəri üzrə 61 766, Abşeron rayonu üzrə 79 518, Xızı rayonu üzrə isə 2 130 şagird ümumi təhsil müəssisələrinə gedəcəkdir.
 
 
Lamiyə ƏLİMƏRDANOVA,
Abşeron-Xızı üzrə regional təmsilçi


16.09.2024 | 14:14