Yeni tədris ilində Gəncə-Daşkəsən üzrə ümumtəhsil müəssisələrində 84 149 şagird təhsil alacaq
2024-2025-ci tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 84 149 şagird təhsil alacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nə regional təhsil idarəsindən məlumat verilib.
 
Bildirilib ki, eyni zamanda yeni tədris ilində region üzrə 6 265 şagird birinci sinifə başlayıb. 
 
Ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.
 
 
Türkan ABBASOVA


16.09.2024 | 12:22