“Rəqəmsal Bacarıqlar” layihəsi 6 min müəllimi və 500 mindən çox şagirdi əhatə edəcək - Agentlik direktoru
Yeni tədris ilində “Rəqəmsal Bacarıqlar” layihəsi ölkənin 57 şəhər və rayonunda 6000 müəllim, 2-ci sinifdən 11-ci sinfə qədər təhsil alan 500 mindən çox şagirdi əhatə edəcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
 
O bildirib ki, məqsədimiz XXI əsrin əsas bacarıqlarını özündə ehtiva edən, daha çevik, praqmatik, müasir dövrün çağırışlarına cavab verə biləcək, rəqəmsal texnologiyalara yiyələnmiş, məntiqi təfəkkürü yüksək gənclərin yetişdirilməsidir.


16.09.2024 | 12:13