Şuşada 33 ildən sonra ilk zəng çalınıb | |
Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.
Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üçmərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.
Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.
|
|
16.09.2024 | 09:46 | |
|
|
|