Azərbaycan üzərindən təmiz enerji dəhlizinin keçməsi ilə bağlı tənzimləmə işləri aparılır - Hazar Dördüncü | |
“Bu tədbirin keçirilməsi o deməkdir ki, Azərbaycan üzərindən təmiz enerji dəhlizinin keçməsi ilə bağlı tənzimləmə işləri aparılır”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Nişantaşı Universitetinin Beynəlxalq Ofisinin direktoru Hazar Dördüncü deyib.
O qeyd edib ki, qeyri-hökumət təşkilatları, akademiklər, sənaye qurumları, eləcə də dövlət rəsmiləri günümüzün ən mühüm problemlərindən biri olan ətraf mühit, davamlılıq və təmiz enerji mövzularını müzakirə etmək üçün Azərbaycanda - Xəzər coğrafiyasında bir araya gəliblər:
“COP29 öncəsi biz bütün maraqlı tərəfləri, qeyri-hökumət təşkilatlarını və dövlət rəsmilərini bir araya gətirən təşkilatdayıq. Xoşbəxtlikdən, beynəlxalq platformalarda olan bir çox akademiklər bu gün buradadır. Hər kəs məsələdən xəbərdardır”.
Günel ABBAS
|
|
13.09.2024 | 09:39 | |
|
|
|