Peşə təhsili müəssisələrinə işə qəbul olunan ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının nəzərinə!
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.


12.09.2024 | 14:46