Şirvan-Salyan RTİ-nin tabeliyində fəaliyyət göstərən 21 təhsil müəssisəsində təmir işləri həyata keçirilib
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 21 təhsil müəssisəsində təmir işləri həyata keçirilib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.
 
Belə ki, Şirvan şəhəri üzrə 1, Salyan rayonu üzrə 2, Neftçala rayonu üzrə 2, Hacıqabul rayonu üzrə 5, Biləsuvar rayonu üzrə 2 ümumi təhsil müəssisəsində cari təmir işləri yerinə yetirilib. Biləsuvar rayonu üzrə 1 , Salyan rayonu üzrə 1, Hacıqabul rayonu üzrə 1 ümumi təhsil müəssisəsi yenidən tikilib istifadəyə verilib. 
 
Bundan başqa, Salyan rayonu üzrə 3, Neftçala rayonu üzrə 2, Şirvan şəhəri üzrə 1, Hacıqabul rayonu üzrə 1, Biləsuvar rayonu üzrə 1 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib. 
 
Hazırda Biləsuvar rayonu Bəydili kənd və Nəsimi kənd tam orta , Neftçala şəhər 4 nömrəli, Hacıqabul şəhər 3 nömrəli tam orta məktəblər yenidən tikilir. Şirvan şəhər 11 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri davam edir.
 
Şirvan şəhəri üzrə I sinif 1029, IX sinif 1274, XI sinif 832 nəfər, Biləsuvar rayonu  üzrə I sinif 1171, IX sinif 1451, XI sinif 979 nəfər, Neftçala rayonu üzrə  I sinif 777, IX sinif 944, XI sinif 655 nəfər, Salyan rayonu üzrə I sinif 1634, IX sinif 1986, XI sinif 1448 nəfər, Hacıqabul rayonu üzrə I sinif 930, IX sinif 1097, XI sinif 635 nəfər şagird 2024-2025-ci tədris ilində təhsil alacaqdır. 
 
Yeni tədris ilinə hazırlıqla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 257 112 dərslik ümumi təhsil müəssisələri tərəfindən şagirdlərə təqdim edilib. Bunlar Şirvan şəhəri üzrə - 55 205, Salyan rayonu üzrə - 60 945, Biləsuvar rayonu üzrə - 69 293, Neftçala rayonu üzrə - 39 265, Hacıqabul rayonu üzrə isə 32 404 təşkil edib.
 
Tural NƏSİROV,
Şirvan-Salyan üzrə regional təmsilçi


12.09.2024 | 12:14