Elm və təhsil naziri təqaüd yaşına çatan direktorlarla görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev əməkdar müəllim, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimovla görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabına məlumat paylaşıb.
 
Nazir qeyd edib ki, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vuran bu dəyərli təhsil işçiləri rəhbəri olduqları müəssisələrin inkişafı, keyfiyyətli tədrisin təşkili üçün uzun illər səy göstəriblər. Təsadüfi deyil ki, hər iki lisey şagirdlərinin təhsil nailiyyətləri ilə fərqlənən müəssisələrdəndir.


12.09.2024 | 11:55