ADPU-da “STEAMLAND”in açılışı olub | |
Sentyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzinin nəzdində “STEAMLAND”in açılışı olub.
Bu barədə "Azərbaycan müəllimi"nə ADPU-dan məlumat verilib.
Açılış tədbirində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov, Tədbirlərin təşkili tələbələlərlə iş şöbəsinin müdiri Turan Kərimli, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
Çıxış edən universitetin rektoru prof. Cəfər Cəfərov mərkəzin nəzdində bu yeni innovasiya məkanının açılışını ali təhsil ocağında təhsilin məzmun və keyfiyyətcə yaxşılaşdırılması yolunda əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, Pedaqoji Universitet olaraq müəllim hazırlığı sahəsində beynəlxalq trendlər daim izlənilir və innovativ yanaşmaların tətbiqi, tədrisin keyfiyyət təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır.
Daha sonra çıxış edən Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov STEAM Mərkəzinin fəaliyyəti və görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, 3 il ərzində uğurlu işlərə imza atan mərkəz öz fəaliyyət dairəsini daha da genişləndirirərək artıq kafedra statusunda, yenilənmiş formda işini davam edirir.
Qeyd edilib ki, ADPU-da 8 ixtisasda STEAM-1 və STEAM-2 fənnləri tədris olunur. STEAM Mərkəzində praktik bacarıqlar qazanan tələbələrdən ibarət komandalar 2024-cü ildə keçirilən “Robotex” müsabiqəsində I və II yeri tutublar.
|
|
12.09.2024 | 11:27 | |
|
|
|