Daha 5 ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti  publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.
 
Sözügedən ali təhsil müəssisələrinin yeni nizamnamələri də təsdiq edilib.


11.09.2024 | 09:27