BDU əməkdaşlarının əməkhaqqıları qaldırılıb
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqqıları qaldırılıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
 
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək. 
 
Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqqılarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.


10.09.2024 | 16:58