AQİSA və TİF arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari imzalayıblar.
 
Bu barədə Fonddan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də Azərbaycan Respublikasında təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş “TələbəPlus” kartlarına müxtəlif güzəşt və ya təkliflərin tətbiq edilməsi üçün Assosasiaya üzv sahibkarların cəlb edilməsidir.
 
Məlumat üçün bildirək ki, “Second Cup”, “The Bagel Bar”, “CupCup coffee”, “SocialBee coffee”, “Hazel”, “Peynirci Baba”, “Happy Moons”, “Kolorit Kafe”, “Herba Flora”, və digər şirkətlər Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının üzvləridir.


10.09.2024 | 12:58