Ümumtəhsil müəssisələrində monitorinqlər davam etdirilir
Ötən il ümumtəhsil müəssisələrində 71 araşdırma aparılıb. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.
 
Onun sözlərinə görə, ümumtəhsil müəssisələrində monitorinqlər davam etdirilir. 
 
Nərminə Hüseyova əlavə edib ki, 62 təhsil müəssisəsində şagird davranış qaydaları tətbiq edilir.
 
Günel ABBAS


10.09.2024 | 11:53