COP29 tədbiri müddətində bağçalar fəaliyyətini davam etdirəcək
“Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyətinin davam etdirilməsini nəzərdə tutmuşuq”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: “Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi proses üçün bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür”, deyə o qeyd edib. 
 
Günel ABBAS


10.09.2024 | 11:01