Gənc müəllimlər üçün yeni layihəyə start verilib
"Keyfiyyətli Təhsil üçün Xidmət" layihəsi elan edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən məlumat verilib. Bildirilib ki, təşəbbüs disleksiya və diskalkuliya haqqında cəmiyyətdə məlumatlılığı artırmaq, inkluziv və dəstəkləyici təhsil mühitinin yaradılmasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində bir sıra fəaliyyətlər təşkil olunacaq.
 
  Əsas tədbir və fəaliyyətlər:
🔹 Beynəlxalq Disleksiya Gününə həsr olunmuş vebinar;
🔹 Almaniyanın paytaxtı Berlin şəhərində disleksiya mövzusunda beynəlxalq təlim kursu;
🔹 Disleksiya mövzusunda beynəlxalq konfrans;
🔹 İştirakçılar tərəfindən yerli icmalarda ideya və təşəbbüslərin həyata keçirilməsi.
 
 Son müraciət tarixi: 19 sentyabr 2024-cü il.
 
Ətraflı məlumat və qeydiyyat üçün keçid: https://bit.ly/3MC4ISd
 
Qeydiyyat anketi Azərbaycan və ingilis dillərində mövcuddur.
 
Əgər siz də Azərbaycanda disleksiya/diskalkuliya haqqında cəmiyyəti məlumatlandırmaq, daha inklüziv və dəstəkləyici təhsil mühitinin yaradılmasına dəstək olmaq istəyirsinizsə “Keyfiyyətli təhsil üçün xidmət” (Servitude for Quality Education) layihəsinə qoşulumağa tələsin.


09.09.2024 | 14:57