Fuad Muradov: Xarici vətəndaşlar üçün Azərbaycan dili dərsliyi çap olunacaq
Gələn həftə xarici vətəndaşlar üçün Azərbaycan dili dərsliyi çap olunacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki,bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunda çıxışı zamanı deyib.
 
Komitə sədrinin sözlərinə görə, bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər.
 
O, həmçinin qeyd edib ki, xaricdə artıq yeni nəsil alimlər yetişir. Komitə sədrinin sözlərinə görə, xaricdə yaşayan soydaşların hər birinin uğuru birlikdən keçir. Onlardan əsas gözlənti dövlətə töhfə vermək, təcrübələrini bölüşməkdir.
 
F.Muradov qeyd edib ki, incəsənət nümayəndələri, o cümlədən musiqiçilər də elmin inkişafına müxtəlif formalarda töhfə verirlər.

 



09.09.2024 | 12:38