Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib | |
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron- Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva aidiyyətı idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə həmçinin, STEAM və Peşə təmayüllü siniflərin təqdimatı, şagirdlərin idman nailiyyətlərinə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. İlhamə Abdullayeva növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Təhsil İnstitutunun direktor müavini 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı sinif şagirdlərinin monitorinqindən çıxan nəticələr, olimpiada və digər müsabiqələrin nəticələri, növbəti tədris ili ərzində nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
|
|
06.09.2024 | 22:04 | |
|
|
|