Firudin Qurbanov: Sentyabr konfranslarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsidir
"Təhsil işçilərinin ənənəvi sentyabr konfranslarının keçirilməsində əsas məqsəd yeni tədris ilinə hazırlıq, mövcud nəticələrin təhlili və tədrisin keyfiyyətinin yüksəldilməsidir". 
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
 
O bildirib ki, buna nail olmaq üçün hazırkı vəziyyətin təqdim olunması çox önəmlidir:
 
"Bügünkü konfransda Abşeron-Xızı Regional Təhsil İdarəsinin hesabatı dinlənildi. Təhsil İnstitutu da bu regionda tədrisin keyfiyyəti ilə bağlı müxtəlif araşdırmalar aparıb. Araşdırmaların nəticələri də diqqətə çatdırıldı.
 
Xüsusilə 9 və 11-ci siniflərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri, ayrı-ayrı bölgələr üzrə müqayisəsi, eyni zamanda gələcəkdə diqqət yetiriləcək məsələlər geniş təhlil olundu, müzakirələr aparıldı, hədəflər göstərildi, regionun təhsil işçilərinin qarşısında duran vəzifələr qeyd olundu.
 
Hesab edirəm ki, konfrans kifayət qədər işgüzar keçdi. Güman edirəm ki, hər bir iştirakçı müzakirələrdən lazımi nəticələr çıxaracaq və işlərində lazım olan səviyyədə dönüşlər yaradacaq".
 
Lamiyə ƏLİMƏRDANOVA
"Azərbaycan müəllimi"nin Abşeron-Xızı regionu üzrə təmsilçisi


06.09.2024 | 22:00