Məktəbəhazırlıq qruplarının 2024-2025-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq edilib

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2024-2025-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq edilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Tədris (məşğələ) planına dair qeydlər

 
1. 2024-2025-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı 2024-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.
2. Azsaylı xalqların uşaqlarından ibarət qruplarda məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutur.
3. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.
4. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
5. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur.
6. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
7. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilmir.
8. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.


06.09.2024 | 16:23